Mini Çat 
Admin.E
Admin.E
Bu gün 07:47:33

ft25 X

Çatda yazı yazmaq üçün Qeydiyyatdan keçin.

Online Futbol oyna
Videolar
Sorğu
Saytımızı bəyəndiniz?


Səs ver

Sual Futbol nə vaxt və harda yaranıb?




    Premyer Liqamız erkən başa vuruldu – “Qarabağ” çempion elan edildi


    Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

    Qol.az-ın xəbərinə görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak ediblər.

    COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
     
    COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və kuboku dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (12 səs lehinə, 1 səs əleyhinə).

    2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.

    COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.

    2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.
     
    Qeyd: COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.

    Qol.az-dan zəruri qeyd: Beləliklə, bu qərara əsasən, hazırkı turnir cədvəlinə uyğun olaraq lider "Qarabağ” Azərbaycan çempionu olub. "Neftçi” gümüş, "Keşlə” bürünc medalı qazanıb. 2020/21 mövsümündə "Qarabağ” Azərbaycanı Çempionlar Liqası, "Neftçi”, "Keşlə” və dördüncü yerin sahibi "Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək

    Premyer Liqamız erkən başa vuruldu – “Qarabağ” çempion elan edildi


    Fikir bildir
    Qeydiyyatdan keçin.
    • ft18ft19ft20ft21
      ft22ft23ft24ft25
      ft26ft27ft29ft30
      ft31ft32ft33ft34
      ft35ft36ft37ft38
      ft39ft39ft40ft41
      ft42ft43ft44ft45
      ft46ft47ft48ft49
      ft17ft1ft2ft3
      ft4ft5ft6ft7
      ft8ft9ft10ft11
      ft12ft13ft14ft15
      ft16footb1footb2footb3
      footb4footb5footb6footb7
      footb8footb9footb10wink
      winkedsmileambelay
      feelfellowlaughinglol
      lovenorecourserequest
      sadtonguewassatcrying
      whatbullyangry
    yenilə, əgər kod görünmürsə

    Yazılan fikirlər etik norması çərçivəsində olmalı və reklam xarakterli olmamalıdır.

Powered by Daraaz.net © 2013