Mini Çat 
Admin.E
Admin.E
Bu gün 07:47:33

ft25 X

Çatda yazı yazmaq üçün Qeydiyyatdan keçin.

Online Futbol oyna
Videolar
Sorğu
Saytımızı bəyəndiniz?


Səs ver

Sual Futbol nə vaxt və harda yaranıb?




    "Siqnal İduna Park" elə bil "Tofiq Bəhramov" stadionu idi...


     "Siqnal İduna Park" elə bil "Tofiq Bəhramov" stadionu idi...

    Bu gün 2 aydan sonra Avropada, Almaniyada böyük futbol başladı. İndiki idmansızlıq, futbolsuzluq durumunda azarkeşlər üçün böyük təsəllidir. Bəli, hər hansı bayram-filan yox, məhz təsəlli!
     Çünki... Bayram yox idi. Ona görə yox idi ki, Dortmundun çox vaxt dolu olan 80 minlik stadionu  bomboş idi. "Siqnal İduna Park" sanki "Tofiq Bəhramov" stadionu idi və orada oynayan da "Borussiya" ilə "Şalke" yox,  "Qarabağ"la "Səbail" idi. Deməli, futbolun bəzəyi qoldan, puldan, Ronaldodan, Messidən əvvəl birinci növbədə azarkeşlərdir. Çünki meydanda həyəcanı və gərginliyi yaradan, futbolçuya ruh verən, onu coşduran azarkeşlərdir.

    Təkrar edirəm: azarkeşlər.

     

    Və onların dəyəri hər yerdə, hər bir ölkədə bilinməlidir. Almaniyada Tomas Müller də bilməlidir, Azərbaycanda Mahir Emreli də. Azarkeş olmadığına görə idi ki, bundesliqanın iki köklü klubunun matçı rəsmi, vacib qarşılaşmaya yox, bir komandanın məşqinə, ikitərəfli oyununa bənzəyirdi.

    Amma istənilən halda...

    Futbol və idman dünyası "Böyük beşlik"dən bir liqanın oyunlarının bərpası ilə komadan ayıldı. Ona görə də "Danke, Almaniya!” deyək və sualı yönləndirək bizim idmana cavabdeh dövlət qurumu İdman Nazirliyinə, sonra isə AFFA-ya: bəs, biz nə vaxt tərpənirik?  

    Aydın BAĞIROV
    aydin@qol.az

    Fikir bildir
    Qeydiyyatdan keçin.
    • ft18ft19ft20ft21
      ft22ft23ft24ft25
      ft26ft27ft29ft30
      ft31ft32ft33ft34
      ft35ft36ft37ft38
      ft39ft39ft40ft41
      ft42ft43ft44ft45
      ft46ft47ft48ft49
      ft17ft1ft2ft3
      ft4ft5ft6ft7
      ft8ft9ft10ft11
      ft12ft13ft14ft15
      ft16footb1footb2footb3
      footb4footb5footb6footb7
      footb8footb9footb10wink
      winkedsmileambelay
      feelfellowlaughinglol
      lovenorecourserequest
      sadtonguewassatcrying
      whatbullyangry
    yenilə, əgər kod görünmürsə

    Yazılan fikirlər etik norması çərçivəsində olmalı və reklam xarakterli olmamalıdır.

Powered by Daraaz.net © 2013