Mini Çat 
Admin.E
Admin.E
Bu gün 10:36:56

ft23 X
Admin.E
Admin.E
5 oktyabr 2019

ft31
DaDaSHoV
DaDaSHoV
1 oktyabr 2019

ft13

Çatda yazı yazmaq üçün Qeydiyyatdan keçin.

Online Futbol oyna
Videolar
Sorğu
Saytımızı bəyəndiniz?


Səs ver

Sual Futbol nə vaxt və harda yaranıb?




    Millimiz 90-cı illərə qayıdır – Yenə 1 xal


    Azəbaycan milli komandası tarixinin ən pis göstəricisini təkrarlamağa yaxındır.

    Qol.az xəbər verir ki, "Avro-2020”nin qrup mərhələsinin son turunda millimiz noyabrın 19-u Slovakiya ilə səfər matçında da uduzsa, qrupu sonuncu yerdə və cəmi 1 xalla başa vuracaq. Bu halda "Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alnan millimizin antirekordu təkrarlanmış olacaq.

     

    Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi ilə ilk dəfə beynəlxalq turnirə qatılırdı. Ölkədə, həm də futbolda iqtisadi vəziyyətin çox ağır durumda olduğu həmin dönəmdə belə göstərici hardasa başa düşülən idi. Həmin vaxtdan 24 il ötüb.




    İndi Azərbaycan artıq siyasi və iqtisadi baxımdan çox güclənib. Bunun nəticəsidir ki, dövlət səviyyəsində futbolun inkişafına da diqqət yetirilir. Bu məqsədlə SOCAR-dan milli federasiyaya hər il 20 milyondan çox sponsorluq vəsaiti ayrılır. Amma milli komandamız uğurlu nəticələr göstərmək əvəzinə yenə də geriləyir. Bu mənada, komandamızın 7 oyundan cəmi 1 xal qazanması haqlı olaraq təəccüb və təəssüf doğurur. Hər il futbola dövlət tərəfindən bu qədər dəstək göstərildiyi halda futbol federasiyasının yarıtmaz idarəçiliyi ona gətirib çıxarıb ki, bizim milli yenə də tarixinin ən pis dövrünə qayıtmalı olub. Niyə? AFFA rəhbərliyi, baş katib Elxan Məmmədov ictimaiyyət qarşısına çıxıb bu və bu kimi digər suallara cavab vermək əvəzinə isə hər dəfə müxtəlif bəhanələrlə jurnalistlərdən qaçır....

    Xatırladaq ki, dünən milli komandamızın Bakıda Uelsə 0:2 hesabı ilə uduzduqdan sonra qrupu ən yaxşı halda 4, ən pis halda isə 1 xalla başa vuracacağı qətiləşib. Bunun üçün isə biz Slovakiya ilə qarşıdakı matçı gözləməliyik. Əlavə edək ki, Slovakiyanın "Avro-2020”nin final mərhələsinə düşmək şansı hələ də qalır. Bunun üçün qarşıdakı görüşdə onlara mütləq qələbə lazımdır.

    Bəli, slovaklar final mərhələlərinə bəlkə də düşəcəklər də. Biz isə son 24 ildə olduğu kimi, belə böyük yarışları yenə kənardan izləməli olacaq və başqa komandalara azarkeşlik etmək məcburiyyətində qalacağıq.


    Milli komandamızın beynəlxalq turnirlərdə yığdığı xallar:

    AÇ-96 – 1 xal

    DÇ-1998 – 3 xal

    AÇ-2000 – 4 xal

    DÇ-2002 - 5 xal

    AÇ-2004 – 4 xal

    DÇ-2006 – 3 xal

    AÇ-2008 – 5 xal

    DÇ-2010 – 5 xal

    AÇ-2012 – 7 xal

    DÇ-2014 – 7 xal

    AÇ-2016 – 6 xal

    DÇ-2018 – 10 xal

    AÇ-2020 – ?

    Fikir bildir
    Qeydiyyatdan keçin.
    • ft18ft19ft20ft21
      ft22ft23ft24ft25
      ft26ft27ft29ft30
      ft31ft32ft33ft34
      ft35ft36ft37ft38
      ft39ft39ft40ft41
      ft42ft43ft44ft45
      ft46ft47ft48ft49
      ft17ft1ft2ft3
      ft4ft5ft6ft7
      ft8ft9ft10ft11
      ft12ft13ft14ft15
      ft16footb1footb2footb3
      footb4footb5footb6footb7
      footb8footb9footb10wink
      winkedsmileambelay
      feelfellowlaughinglol
      lovenorecourserequest
      sadtonguewassatcrying
      whatbullyangry
    yenilə, əgər kod görünmürsə

    Yazılan fikirlər etik norması çərçivəsində olmalı və reklam xarakterli olmamalıdır.

Powered by Daraaz.net © 2013