Mini Çat 
Admin.E
Admin.E
Bu gün 17:24:27

ft31
Cavabla
Neriman Abidov 2004
Neriman Abidov 2004
Dünən 16:00:23

salam
Cavabla
Neriman Abidov 2004
Neriman Abidov 2004
Dünən 15:59:52

^_^
Cavabla
Balayev Murad
Balayev Murad
2 dekabr 2017

salam hamiya
Cavabla
Admin.E
Admin.E
29 noyabr 2017

ft42
Cavabla
Neriman Abidov 2004
Neriman Abidov 2004
29 noyabr 2017

şekilim ela oluba mellim :)
Cavabla
Neriman Abidov 2004
Neriman Abidov 2004
29 noyabr 2017

salam hamıya :)
Cavabla
Admin.E
Admin.E
28 noyabr 2017

ft31
Cavabla

Qedyiyyat olun!
   

Online Futbol oyna
Videolar
Sorğu
Saytımızı bəyəndiniz?


Səs ver

Sual Futbol nə vaxt və harda yaranıb?




    İstiqanlı və dəliqanlı Romaya xoş gəldin, “Qarabağ”!


    İstiqanlı və dəliqanlı Romaya xoş gəldin,

    Birinci yazı

    Sərhəddə pasportumu yoxlayan və üzündən daha çox mehribanlıq yağan ortayaşlı polis xanım doğma dilində sual verir. Bir çətinliklə də olsa başa düşürəm ki, səfərimizin məqsədini, bura "Qarabağ”la gəlib-gəlmədiyimi soruşur. Ona elə öz dilində, daha çox məşhur kinolardan yaddaşımın bir küncündə ilişib qalan italyanca cavab verirəm:

    - Si, senyora!

    Yəni, bəli, xanım.

    Cavabımdan məmnun qalır. Üzündəki təbəssüm daha da çoxalır. Və axırda pasportuma ölkəyə daxil olduğuma icazə verən möhürü vurub nəzakətlə deyir:

    - Romaya xoş gəldiniz, senyor!

    ***


    Az sonra təyyarə Romaya yola düşəcək

    Dünyanın ən qədim şəhərlərdən biri bizi - Bakıdan gələn bir qrup jurnalisti və "Qarabağ”ı isti qarşılayır.  Ümumiyyətlə, Avropanın bəzi soyuq xalqları kimi deyil italiyalılar. Elə deyildi kimi də varmış: istiqanlı və dəliqanlıdılar. Hə, oxşarlıqlarımız çoxdu. Məsələn, Bakıda maşını necə yüksək sürətlə, nizamsız sürürlərsə, elə burda, Romada da elə sürürlər. Bizdə insanlar şəhərin mərkəzində, bir çox kafe və restoranda, yaxud da telefonda necə hündürdən danışırlarsa, burda da elə o cürdü... Nəyə görəsə, bizim kimi, elə italiyalılara da elə gəlir ki, qarşındakı və ya telefonun o başındakı insan səni sakit deyil, ancaq qışqıra-qışqıra danışanda eşidə bilər.

    - Nə sifariş edəcəksiniz?

    Qışqırmağını eşidib az qala yerimizdən dik atılırıq. Amma düzü, təəccüblənmirəm. Çünki yalnız sadə italyanların mentalitetinə qəti bələd olmayan insana ilk baxışda elə gələ bilər ki, kafedə ofisiant səndən nə yeyib-içəcəyini soruşmur, səni sadəcə davaya çağırır. Əslində isə məsələ başqa cürdü. Emosionallıq bu millətin qanına hopub.

    Təsadüfi də deyil. Tarixən nə boyda müharibələr, möhtəşəm Kolizeyi az qala qan gölünə bulayan neçə-neçə qladiator döyüşləri görüb bu şəhər. Və sabah bu şəhər həmin Kolizeydən çox da uzaqda olmayan nəhəng Olimpiya Stadionunda növbəti dəfə qladiator döyüşünə şahid olacaq. Futbolun qladiatorlarının -  İtaliyanın "Roma”sı ilə Azərbaycanın "Qarabağ”ının..

    ***

    Nəhəng "Boeing”in üzərindəki "Qarabağ” sözləri yenidən diqqətimi çəkir. 



    AZAL-ın Ağdam komandasını Bakıdan Romaya gətirən təyyarəsinin adıdı. Deyəsən, ən böyük hava gəmilərimizdən biridi. "Qarabağ” üçün düşərli təyyarədi. "Atletiko”nu Bakıya bu təyyarə gətirmişdi, Bakıdan qələbəsiz qayıtdı, "Qarabağ”ı isə Madridə məhz bu təyyarə aparmışdı, ordan xalla qayıtdı...
    Sabah oyundan sonra Bakıya necə qayıdacağımızı - xalla ya xalsız – oyundan sonra biləcəyik.

    Hələliksə istiqanlı və dəliqanlı Romaya xoş gəlmisən, "Qarabağ”!

    Aydın BAĞIROV
    Roma

    Fikir bildir
    • ft18ft19ft20ft21
      ft22ft23ft24ft25
      ft26ft27ft29ft30
      ft31ft32ft33ft34
      ft35ft36ft37ft38
      ft39ft39ft40ft41
      ft42ft43ft44ft45
      ft46ft47ft48ft49
      ft17ft1ft2ft3
      ft4ft5ft6ft7
      ft8ft9ft10ft11
      ft12ft13ft14ft15
      ft16footb1footb2footb3
      footb4footb5footb6footb7
      footb8footb9footb10wink
      winkedsmileambelay
      feelfellowlaughinglol
      lovenorecourserequest
      sadtonguewassatcrying
      whatbullyangry
    yenilə, əgər kod görünmürsə

    Yazılan fikirlər etik norması çərçivəsində olmalı və reklam xarakterli olmamalıdır.

Powered by Daraaz.net © 2013