Mini Çat 
Admin.E
Admin.E
Bu gün 17:24:27

ft31
Cavabla
Neriman Abidov 2004
Neriman Abidov 2004
Dünən 16:00:23

salam
Cavabla
Neriman Abidov 2004
Neriman Abidov 2004
Dünən 15:59:52

^_^
Cavabla
Balayev Murad
Balayev Murad
2 dekabr 2017

salam hamiya
Cavabla
Admin.E
Admin.E
29 noyabr 2017

ft42
Cavabla
Neriman Abidov 2004
Neriman Abidov 2004
29 noyabr 2017

şekilim ela oluba mellim :)
Cavabla
Neriman Abidov 2004
Neriman Abidov 2004
29 noyabr 2017

salam hamıya :)
Cavabla
Admin.E
Admin.E
28 noyabr 2017

ft31
Cavabla

Qedyiyyat olun!
   

Online Futbol oyna
Videolar
Sorğu
Saytımızı bəyəndiniz?


Səs ver

Sual Futbol nə vaxt və harda yaranıb?




    Qurban Qurbanov millilərdə “təmizləmə əməliyyatı”na başladı


    Qurban Qurbanov millilərdə

    Bu gün birdən-birə Azərbaycanın 3 müxtəlif yaş qrupları üzrə milli komandalarında baş məşqçlərlə yollar ayrılıb.

    Əvvəlcə, günün birinci yarısında Samir Ələkbərov U-21 millisini tərk etdiyini açıqlayıb. Ələkbərovun gedişi sürpriz deyildi. Çünki o, bu vəzifəyə üç oyunluq təyin edilmişdi və rəsmi olaraq, baş məşqçi deyil, onun səlahiyyətlərini icra edən şəxs idi. Ələkbərovun rəhbərliyi altında Azərbaycan Almaniyaya hər iki matçda biabirçı hesabla uduzub (1:6, 0:7), Kosovo ilə isə heç-heçə edib. Yəni məşqçi kimi o, komandada heç bir uğur qazana bilmədi.

    Günün ikinci yarısında isə AFFA U-19 millisinin baş məşqçisi Təbriz Həsənov və U-17 millisinin baş məşqçisi Mirbağır İsayevlə müqavilənin qarşılıqlı şəkildə pozulduğunu açıqladı. Faktiki olaraq, hər iki məşqçi vaxtından əvvəl istefaya göndərilib. Halbuki onlar bu vəzifəyə cəmi 7 ay əvvəl, AFFA İcraiyyə Komitəsinin 15 mart, 2017-ci tarixli qərarı ilə təyin edilmişdilər. Üstündən belə qısa vaxt keçdikdən sonra AFFA-nın birdən-birə bu cür radikal qərar verməsi maraq doğurmaya bilməz.

    Qeyd edək ki, U-17 bu il "Avro-2017”nin seçmə mərhələsində keçirdiyi üç oyundan 1-də qalib gəlib, 2-də isə acınacaqlı hesabla uduzub – Bolqarıstan 2:1, Ukrayna və İrlandiya müvafiq olaraq - 1:6, 0:6.

    U-19-a gəlincə, Təbriz Həsənovun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində bu komanda da acınacaqlı nəticə göstərərək 1 xalla sonuncu yeri tutub  (Kipr - 1:2, Serbiya - 1:4, İrlandiya – 0:0). 

    AFFA rəhbərlyinin bugünkü qərarları məhz milli komandaların yeni baş məşqçisi Qurban Qurbanovun istəyi ilə verdiyini demək olar. Məlumdur ki, Q.Qurbanov "Qarabağ”da olduğu kimi, millidə də bütün yaş qrupları üzrə komandalara nəzarət edəcək. AFFA ilə ən azı 6 il müqavilə bağlandığı açıqlanan və milliyə uzun dövr üçün gələn Q.Qurbanovun islahatlara əsas komandadan deyil, aşağı yaş qruplarından başlaması gözlənilən idi.

    Məlumdur ki, bu gün Azərbaycan futbolunun əsas problemi məhz uşaq, yeniyetmə və gənclər futbolu ilə bağlıdır. İndiyədək bu yaş qrupları üzrə komandalarda böyük kadr (futbolçu) problemi olub və qalmaqdadır. Bundan başqa, baş məşqçilərin işinə həm AFFA, həm futbol menecerləri və digər tanınmış futbol (və qeyri-futbol) adamlarının birbaşa kobud müdaxiləsi olub (yeri gəlmişkən, bu gün U-21 millsindən getdiyini açıqlayan Samir Ələkbərov Qol.az saytına açıqlamasında bunu dolayısı ilə etiraf edib). Nəticədə milli komandalara xeyli milliləşdirilmiş əcnəbi legioner cəlb edilib (onlar arasında dağıstanlılar və Avropada yaşayan türklər çoxluq təşkil edib) ki, onların da faktiki olaraq heç birinin bizim futbola xeyri dəyməyib.

    Bəs, bundan sonra necə olacaq?

    Heç şübhəsiz, boş qalan baş məşqçi vəzifələrinə təyinatlar əvvəlkitək təkcə AFFA-nın rəhbərliyinin istəyi ilə gerçəkləşməyəcək. Bu məsələdə yekdil söz Qurban Qurbanovda olacaq. Şübhə doğurmur ki, aşağı yaş qrupu üzrə komandalara həm məşqçi, həm də futbolçu seçimi birbaşa Qurbanovun razılığı və məsləhəti ilə təyin ediləcək. Beləliklə də, milli komandalarda uzun illərdi bəlaya çevrilən intizamsızlıq və özbaşınalıq, məşqçilərin işinə federasiya tərəfindən kobud müdaxilələr getdikcə aradan qalxmağa başlayacaq.

    Yeni təyinatlar nə vaxt açıqlanacaq?

    Böyük ehtimalla Qurban Qurbanovun millinin baş məşqçisi vəzifəsinə rəsmi olaraq başlayacağı dekabr ayından. O, istedadına, potensialına və bir insan kimi yüksək keyfiyyətlərinə bələd olduğu məşqçiləri bu vəzifələrə gətirəcək. Güman etmək olar ki, bu vəzifələrdən birində (ən çox U-21-də) Q.Qurbanovun "Qarabağ”dakı əsas köməkçisi Elçin Rəhmanov təyin ediləcək. Yeri gəlmişkən, Rəhmanov  Qurbanovla birgə U-21 millisinin Almaniya ilə oyununu (0:7) stadiondan canlı izləyib.

    Amma əlbəttə, ən önəmli dəyişikliklər əsas milli komandada olacaq. Böyük ehtimalla futbolçu kimi məşhur olsalar belə, xarakterlərində qüsurları olan bir çox futbolçuya ya millinin qapısı göstəriləcək, ya da onlarla yeni məşqçinin özləri yığışdırıb intizama əməl etməsi üçün ciddi söhbətləri olacaq.

    Fikir bildir
    • ft18ft19ft20ft21
      ft22ft23ft24ft25
      ft26ft27ft29ft30
      ft31ft32ft33ft34
      ft35ft36ft37ft38
      ft39ft39ft40ft41
      ft42ft43ft44ft45
      ft46ft47ft48ft49
      ft17ft1ft2ft3
      ft4ft5ft6ft7
      ft8ft9ft10ft11
      ft12ft13ft14ft15
      ft16footb1footb2footb3
      footb4footb5footb6footb7
      footb8footb9footb10wink
      winkedsmileambelay
      feelfellowlaughinglol
      lovenorecourserequest
      sadtonguewassatcrying
      whatbullyangry
    yenilə, əgər kod görünmürsə

    Yazılan fikirlər etik norması çərçivəsində olmalı və reklam xarakterli olmamalıdır.

Powered by Daraaz.net © 2013